Counterpoint Research tərəfindən
yayımlanan statistikaya görə 2021-in ən çox satılan smartfonları bəlli olub.
Siyahıda Apple markasına məxsus smartfonlar üstünlük təşkil edir. iPhone modelləri
qiymət olaraq baha olsalar da bir xeyli rəğbət görürlər.
Statistik məlumatlar yayımlamaqla bilinən
Counterpoint Research şirkəti 2021-ci ildə ən çox satılan smartfon modellərinin
siyahısını paylaşıb. Siyahıya əsasən Apple şirkəti ən çox smartfon satan marka
olub. 2.9% ilə iPhone 12 ən çox satılan smartfon modeli olub. İkinci yerdə isə
2.2% ilə iPhone 12 Pro Max gəlir. Üçüncü sırada iPhone 13, dördüncü sırada iPhone
12 Pro, beşinci sırada iPhone 11 yerləşib. Bu da onu göstərir ki, Apple şirkəti
keçən il bir xeyli satış edib. Satış rəqəmlərinə görə Apple şirkəti 40 milyon
iPhone 12, 30 milyon iPhone 12 Pro Max və hər biri 27-29 milyon arası satılan
iPhone 13, 12 Pro və 11 modellərini satıb. Bundan başqa Samsung şirkəti Galaxy
A12 modeli ilə 2%-lik bir satış əldə edib. Çin, Hindistan kimi ölkələrdə güclü
satışlar edən Xiaomi şirkəti isə Redmi 9A və Redmi 9 modelləri ilə yeddinci və
onuncu sıraya daxil ola bilib.
Ümumi statiska belədir: