- 452
7.800 mAh batareyalı Telefon: Honor Power!
Honor, nəhəng batareyası ilə diqqət çəkən yeni smartfon modeli olan Honor Power-ın təqdimat tarixini rəsmən açıqladı. 7.800 mAh tutumlu batareya ilə gəlməsi gözlənilən bu cihaz, 15 aprel tarixində Çində təqdim olunacaq.
Yeni modelin əsas üstünlüyü enerji baxımından uzunömürlü olmasıdır. Bu xüsusiyyət onu, gün ərzində aktiv istifadə edən, tez-tez səyahət edən və ya əlavə enerji mənbəyi daşımaq istəməyən istifadəçilər üçün ideal edir. Honor Power, istifadəçilərə daha uzun müddət şarj etmədən işlətmək imkanı verəcək.
Güclü telefonlara incə alternativ
Honor Power, çətin şəraitdə istifadə üçün nəzərdə tutulmuş telefonların dözümlülüyünü və yüksək enerji tutumunu, əsas axın (mainstream) smartfonların şıklığı və yüngüllüyü ilə birləşdirən “yüngül açıq hava telefonu” kimi təqdim ediləcək. Bu model, ehtimal olunur ki, bu il əsas axın modellərində görünəcək ən böyük batareyaya sahib telefon olacaq. Batareyanın şarj gücü isə 80W səviyyəsində olacaq.
Cihaz kapsul şəklində kamera forması olan ekran dizaynı ilə gələcək, lakin Magic seriyası modellərində olduğu kimi yüksək səviyyəli üz tanıma funksiyasının bu cihazda mövcud olmayacağı bildirilir. Digər texniki xüsusiyyətlər isə hələ ki, açıqlanmayıb.
Honor Power, böyük batareyası, dayanıqlı amma nazik dizaynı ilə ənənəvi ağır və qalın telefonlara müasir və praktik bir alternativ təqdim edəcək və çox qısa zamanda bazarın diqqət mərkəzinə çevriləcək.
Texnologiyadan xəbərdar olmaq üçün Telsat Xəbərləri izləməyi unutmayın.