MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 342

ChatGPT rəqibi DeepSeek daha bir ölkədə qadağan edildi

Çin mərkəzli süni intellekt şirkəti DeepSeek, Avstraliyaİtaliyadan sonra indi də Cənubi Koreyada qadağan edilib. Hökumət, təhlükəsizlik narahatlıqları səbəbilə dövlət qurumlarında bu platformadan istifadəyə məhdudiyyətlər tətbiq edib.

120-dən çox ölkədə milyonlarla istifadəçiyə çatan DeepSeek, məhz məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə ardıcıl olaraq bloklanmağa davam edir.


Cənubi Koreya hökuməti DeepSeek-i məhdudlaşdırdı

Əgər xəbəri qaçırmısınızsa, ChatGPT-nin ən güclü rəqiblərindən biri hesab olunan DeepSeek AI, yanvar ayında təqdim etdiyi R1 chatbot-u ilə böyük maraq yaratmışdı. Aşağı qiymət və yüksək performans iddiaları ilə texnologiya dünyasında səs-küy yaradan bu süni intellekt modeli, son vaxtlar isə məxfilik və məlumat təhlükəsizliyi məsələləri ilə gündəmə gəlir.

Hətta iddialara görə, DeepSeek, istifadəçilərin IP ünvanlarından tutmuş söhbət tarixçələri, yüklənən fayllar və hətta klaviatura istifadə vərdişlərini belə toplayır.

Cənubi Koreyanın qadağa qərarı, İtaliya və Avstraliya hökumətlərinin eyni səbəblərə əsaslanan addımlarını xatırladır. Dövlət qurumlarında DeepSeek-in istifadəsi məhdudlaşdırılsa da, fərdi istifadəçilər üçün hələ ki, qadağa yoxdur.

Bu arada ABŞ DonanmasıTexas ştatı da DeepSeek-in istifadəsini məhdudlaşdıran ölkələr arasına qoşulub. Bununla belə, ABŞ miqyasında hələlik rəsmi qadağa tətbiq olunmayıb.