- 241
Threads rəsmi olaraq reklam testlərinə başladı
Meta şirkəti, Threads metin əsaslı sosial paylaşım platformasının kifayət qədər böyüdüyünə əmin olduqdan sonra reklamlarla fəaliyyətinə başlama qərarına gəlib.
Əvvəllər Twitter-ə rəqib olaraq təqdim edilən Meta-nın Threads tətbiqi, 300 milyon aylıq aktiv istifadəçini aşaraq artıq reklam göstərmək üçün kifayət qədər auditoriyaya sahibdir.
Threads reklam dövrünə daxil olur
Noyabr ayında Threads platforması üçün 2025-ci ilin əvvəlində reklam testlərinə başlanılacağı açıqlanmışdı. Yanvar ayı bitməmiş Meta, kiçik ölçülü reklam testlərinə start verdi. İlkin mərhələdə reklamların ABŞ və Yaponiya brendlərinə aid olacağı bildirilib.
Instagram rəhbəri Adam Mosseri, reklamların təqdimatını və istifadəçilərdən gələn rəyləri diqqətlə izləyəcəklərini, gözlədikləri nəticələri əldə etdikləri halda daha genişmiqyaslı testlərə başlayacaqlarını vurğulayıb. Hal-hazırda Instagram və Facebook platformaları reklamlardan ciddi gəlirlər əldə edir və Threads də bu prosesin xaricində qala bilməzdi.