Volkswagen-in 2024-cü il satışları azaldı

Volkswagen-in 2024-cü il satışları azaldı

Volkswagen Qrupu üçün çətin keçən 2024-cü ildə markanın ümumi satışları %1,4 azalaraq 4,8 milyon ədədə düşdü. Elektrikli avtomobil satışları da %2,5 azalma ilə 383 min ədəd oldu.
 

Çində satışlar çökdü

Çinli istehsalçıların artan rəqabəti fonunda Volkswagen Çində ciddi çətinliklərlə üzləşdi. Şirkət burada 2,2 milyon avtomobil satdı , lakin bu göstərici əvvəlki ilə nisbətən %8,3 azaldı.

Şimali Amerikada isə Volkswagen müsbət nəticə göstərdi. Regionda 592 min avtomobil satışı həyata keçirən şirkətin satışları %18,4 artdı . Cənubi Amerikada isə satışlar %21,1 yüksələrək 479 min ədədə çatdı. Avropa bazarında isə satışlar %1,7 azalma ilə 1,25 milyon avtomobil təşkil etdi.

Volkswagen Qrupunun gələn həftə çatdırılma statistikasını, 2024-cü il maliyyə nəticələrini isə 11 martda açıqlayacağı gözlənilir.

Şərhlər