MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 215

Apple-dan növbəti addım: iOS 26.1 Beta 4 ilə gələn dəyişikliklər

Apple, iPhone istifadəçilərinə daha fərdiləşdirilmiş və sabit təcrübə təqdim etmək üçün iOS 26-nın növbəti beta versiyasını istifadəyə verib. Yeni yeniləmə həm dizayn, həm də performans baxımından diqqətçəkən dəyişikliklər gətirir.

Apple keçən ilin sentyabr ayında “ən böyük iPhone yeniləmələrindən biri” sayılan iOS 26-ni təqdim etmişdi. İndi isə istifadəçilər iOS 26-nın ilk böyük yeniləməsi olan iOS 26.1-i səbrsizliklə gözləyirdilər. İlk 3 beta versiyası artıq təqdim edilmişdi və dünən gecə saatlarında dördüncü beta – iOS 26.1 Beta 4 – artıq əlçatan oldu.

Yeniliklər nədir?

“Liquid Glass” dizayn dilində seçim imkanı: Bu versiyada ən diqqətçəkən yeniliklərdən biri iPhone-larda “Liquid Glass” adlanan yeni dizayn dilini açıb-qapa bilmə imkanıdır. Əgər şəffaf (və ya yarı-şəffaf) dizayn səni narahat edirsə, ayarlarda “rəngli” seçimi vasitəsilə arxa fondakı elementlərin opaklıq dərəcəsini dəyişmək mümkündür.

Kilid ekranında kameranın sürüşdürmə ilə açılmasının deaktiv edilməsi: Uzun müddətdir bəzi istifadəçilərin istədiyi funksiya indi gəlib. Kilid ekranında sola sürüşdürmə ilə kamera açılması funksiyasını ayarlardan deaktiv etmək imkanı əlavə edilib.

Digər təkmilləşdirmələr və düzəlişlər: Bu beta versiyada həmçinin bir sıra səhv düzəlişləri və sistemin sabitliyini artıran yeniləmələr də mövcuddur. Məsələn, Apple TV-nın adının “Apple TV+”dan “Apple TV”yə dəyişilməsi, AirPods Canlı Tərcümə funksiyasına yeni dil dəstəkləri əlavə olunması və Apple Intelligence sistemində Türk dilinin daxil edilməsi kimi xüsusiyyətlər iOS 26.1-də görünəcək.

Nə vaxt yayımlanacaq?

Gözləntilərə görə, bu yeniləmə oktyabr ayının sonlarına doğru rəsmi olaraq bütün istifadəçilər üçün təqdim olunacaq.