- 180
Apple Watch Series 11, SE 3 və Ultra 3 təqdim edildi
Apple, ağıllı saat seriyasını yeniləyərək Apple Watch Series 11, Watch SE 3 və Watch Ultra 3 modellərini təqdim etdi. Bu üçlü ilk dəfə olaraq 5G dəstəyi ilə gəlir. Bundan əlavə, Series 11 və Ultra 3 modellərinə Hipertoniya xəbərdarlığı və digər sağlamlıq izləmə funksiyaları əlavə edilib.
Apple Watch Series 11 – ən nazik və ən davamlı model
Yeni Series 11 indiyədək Apple-un istehsal etdiyi ən nazik ağıllı saatdır. Saat Ion-X şüşə və keramik qoruyucu qatla təchiz olunub, bu da Series 10-dan iki dəfə daha möhkəm olmasını təmin edir.
Model əvvəlki kimi 42 mm və 46 mm ölçülərdə, Alüminium və Titanium korpuslarla təqdim olunur.
Sağlamlıq izləmə sahəsində əsas yeniliklərdən biri Hipertoniya xəbərdarlığıdır – bu funksiya qan təzyiqinizdə anormallıq aşkar etdikdə xəbərdarlıq göndərəcək. Funksiya 150 ölkədə aktiv olacaq. Digər yenilik isə Yuxu balı sistemidir – burada yuxunuz 0-dan 100-ə qədər qiymətləndirilir.
Series 11 həmçinin 24/7 ürək döyüntüsü və oksigen səviyyəsinin izlənməsi funksiyalarına sahibdir. Batareya ömrü isə 24 saat olaraq göstərilib.
Rənglər: Jet Black, Silver, Rose Gold, Space Gray (Alüminium); Natural Titanium, Gold və Slate (Titanium).
Qiymət: 42 mm üçün $399, 46 mm üçün $429. Cellular modellər isə $100 baha olacaq. Satışlar 19 sentyabr tarixində başlayır.
Apple Watch SE 3 – sərfəli və güclü seçim
Watch SE 3 artıq Always-On Display (AOD), Apple S10 çipi, 5G dəstəyi, cüt toxunuş və bilək hərəkətləri funksiyaları ilə gəlir. Saat həmçinin sürətli şarj ilə dəstəklənir – cəmi 15 dəqiqəlik enerji ilə 8 saatlıq istifadə mümkündür.
SE 3 həmçinin Yuxu balı, 24/7 ürək döyüntüsü və oksigen izləmə funksiyalarını təqdim edir.
Rənglər: Starlight və Midnight.
Qiymət: $249-dan başlayır. Çatdırılma 19 sentyabrda.
Apple Watch Ultra 3 – ən güclü Apple Watch
Watch Ultra 3, yeni LTPO 3.0 OLED ekranla təchiz olunub. Daha parlaq ekran, incə çərçivələr, 5G dəstəyi, həmçinin SOS üçün peyk bağlantısı ilə gəlir.
Əlavə yeniliklər: Hipertoniya xəbərdarlığı, yuxu balı və rekord batareya ömrü – 42 saat.
Rənglər: Black və Natural Titanium.
Qiymət: $799. Satışlar 19 sentyabrda başlayacaq.