MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 176

iPhone 17 Seriyası Rəsmi Olaraq Təqdim Edildi!

iPhone 17 Rəsmi Təqdim Edildi: 120Hz Ekran, İki 48MP Kamera və 256GB Yaddaş

Apple-ın böyük tədbirində diqqətləri iPhone Air öz incəliyi ilə üzərinə çəksə də, ən güclü xüsusiyyətlər iPhone 17 ProiPhone Pro Max modellərinə aid olsa da, iPhone 17 də rəsmi olaraq təqdim edildi və kifayət qədər təsirli yeniliklərlə gəldi.

Yeni model 6.3 düymlük Super Retina XDR ekran ilə gəlir. Ən diqqətçəkən məqam isə odur ki, ilk dəfə olaraq Pro olmayan bir iPhone modelində ProMotion – 120Hz adaptiv yeniləmə dərəcəsi təqdim edildi. Bu texnologiya sayəsində istifadəçilər həm də Always-On Display funksiyasına sahib olacaqlar.

Ekranı qoruyan Ceramic Shield 2 üç qat daha güclü cızılma müqaviməti, anti-refleksiya örtüyü ilə daha az parlaqlıq əks etdirir. İşıq gücü 3,000 nit ilə rekord səviyyəyə çatıb və açıq havada kontrast əvvəlki nəsildən iki dəfə yaxşıdır.

Performans tərəfdə isə Apple A19 çipi diqqət çəkir. 3nm texnologiyası ilə istehsal olunan bu prosessor, əvvəlki nəsil ilə müqayisədə 1.5 dəfə sürətli CPU və 2 dəfə daha güclü GPU ilə fərqlənir. Bu, xüsusilə iPhone 13 istifadəçilərini yeni modelə keçməyə təşviq edir.

iPhone 17 həmçinin Apple Intelligence dəstəyi, təkmilləşdirilmiş Neural Engine və 30 saata qədər video izləmə imkanı ilə təqdim olunur. 20 dəqiqəyə 50% enerji doldurma imkanı verən yeni 40W Dynamic Power Adapter də əlavə seçim kimi mövcuddur.

Bağlantı baxımından cihaz Apple N1 çipi ilə təchiz olunub və burada Wi-Fi 7, Bluetooth 6 və Thread dəstəyi var. Bu çip AirDrop və Personal Hotspot kimi funksiyaların sabitliyini artırır.

Kamera tərəfində isə ilk dəfə olaraq Pro olmayan iPhone-da iki 48 MP arxa kamera təqdim edilib: biri əsas kamera, digəri isə ultra-geniş obyektivdir. Əlavə olaraq 2x optik zoom və yeni Bright rejimi ilə fotolar daha canlı və dəqiq alınır.

iPhone 17 256GB yaddaş ilə başlayır və ABŞ-da qiyməti 799 dollar olaraq müəyyənləşdirilib. Rəng seçimləri: lavanda, mavi, yaşıl, ağ və qara. 12 sentyabrdan ön sifariş, 19 sentyabrdan isə satışa çıxacaq.