MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 180

iPhone 17 Seriyası üçün Geekbench nəticələri!

iPhone 17 Seriyası Geekbench nəticələri ilə ortaya çıxdı

iPhone 17 seriyası və iPhone Air rəsmi təqdim olundu və artıq ilk Geekbench test nəticələri ortaya çıxıb. Bu testlər sayəsində Apple A19 və A19 Pro prosessorlarının performansı barədə ilkin təsəvvür əldə edirik.

iPhone 17

iPhone 17 (iPhone 18,3) modelində Apple A19 çipi istifadə olunub. Telefon 3,608 single-core, 8,810 multi-core nəticəsi göstərib. Bu da iPhone 16 A18 çipi ilə müqayisədə 10%-lik single-core və 11%-lik multi-core artımı deməkdir. Yeni model həmçinin 8GB LPDDR5x RAM ilə təchiz olunub.
GPU testlərində isə cihaz 37,014 Metal balı toplayaraq iPhone 16 ilə müqayisədə 33% daha yüksək performans göstərib.

iPhone Air

iPhone Air (18,4) isə A19 Pro çipinin zəiflədilmiş versiyası ilə gəlir. Burada 6 nüvəli CPU və 5 nüvəli GPU var. Testlərdə 3,674 single-core və 8,824 multi-core nəticəsi göstərib. RAM isə 12GB LPDDR5x olaraq təsdiqlənib. GPU tərəfində isə cihaz 37,743 Metal balı əldə edib.

iPhone 17 Pro

iPhone 17 Pro (18,1) modelində nəticələr 3,523 single-core və 9,028 multi-core olub. Bu model də 12GB LPDDR5x RAM ilə gəlir. GPU testində isə 44,342 Metal balı göstərib ki, bu da iPhone Air-dən 17% daha yüksəkdir və iPhone 16 Pro ilə müqayisədə 32% artım deməkdir.

iPhone 17 Pro Max

Ən güclü model olan iPhone 17 Pro Max (18,2) isə 3,781 single-core, 9,679 multi-core nəticəsi göstərib. GPU testində isə 45,657 Metal balı ilə əvvəlki nəsil iPhone 16 Pro Max-dan təxminən 40% daha yüksək nəticə əldə edib.