MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 193

iPhone 17 və iPhone Air üçün ön sifarişlər başladı!

Apple bu həftə təqdim etdiyi iPhone 17 seriyası və iPhone Air modellərini artıq rəsmi olaraq ön sifarişə açıb. İlk dalğada 63 ölkə əhatə olunur: ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, Yaponiya, Malayziya, Meksika, Sinqapur, Cənubi Koreya, Tayland, Türkiyə, BƏƏ, Vyetnam və digər bazarlar.

iPhone 17, iPhone Air, iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri Apple-ın rəsmi saytında satışdadır. İlk ölkələrdə çatdırılma 19 sentyabr tarixindən başlayacaq. Əlavə olaraq, bütün yeni iPhone modelləri minimum 256GB yaddaşla təqdim olunur.

Apple bununla yanaşı Apple Watch Series 11, Watch SE 3, Watch Ultra 3 və AirPods Pro 3 modelləri üçün də ön sifarişləri işə salıb.

İkinci mərhələdə isə 26 sentyabr tarixindən etibarən iPhone 17 seriyası və iPhone Air 22 yeni ölkədə satışa çıxarılacaq.

Yeni iPhone, Apple Watch və AirPods Pro 3 barədə bütün detalları öyrənmək üçün elanımıza nəzər yetirin!