- 143
iPhone 18 Pro detallarını sızdırıldı!
iPhone 17 Pro və iPhone 17 Pro Max hələ rəsmi olaraq təqdim edilməyib – təqdimat 19 sentyabrda baş tutacaq. Amma artıq onların varisləri barədə yeni məlumatlar ortaya çıxıb.
Məşhur çinli sızıntı mənbəyi Digital Chat Station-a görə, iPhone 18 Pro və iPhone 18 Pro Max əvvəlki modellərin dizayn elementlərini qoruyacaq. Böyük kamera bloku və onun daxilində yerləşən üç kamera yenə də eyni şəkildə qalacaq.
Ən maraqlısı odur ki, Apple-ın arxa panelin aşağı hissəsində yarı şəffaf dizayn tətbiq edəcəyi iddia olunur. Bu addım, əgər doğru çıxarsa, Nothing şirkətinə bir işarə kimi qiymətləndirilə bilər. Yeni iPhone-larda paslanmayan poladdan hazırlanmış buxar kamerası da olacaq. Bununla yanaşı, ekran ölçülərinin də mövcud nəsildən dəyişməyəcəyi bildirilib.
Sızmada qeyd olunmasa da, iPhone 18 Pro və Pro Max-in yeni nəsil prosessorla təchiz olunacağı gözlənilir. Çünki bu, hər il standart yeniləmədir. Lakin yeni 17 Pro dizaynından Apple-ın tez bir zamanda imtina edəcəyi real görünmür. Bu, ola bilsin ki, gələcəkdə baş verəcək, amma ən azı gələn il üçün gözlənilmir.