- 309
Musk vs Altman: “Hər şeyin tətbiqi” savaşı başlayır!
Süni intellekt rəqabəti artıq sosial media və super-tətbiqlərə keçib
Elon Musk və Sam Altman illər əvvəl OpenAI-ın qurucuları kimi eyni məqsəd uğrunda birgə çalışsalar da, bu gün bir-birlərinə rəqib çevriliblər. Onların arasında gedən süni intellekt mübarizəsi indi yeni mərhələyə qədəm qoyur: "hər şeyin tətbiqi"ni yaratmaq.
Bu tətbiq bir növ dijital dünya üçün universal platforma olacaq. İnsanlar pul köçürmələri, sosial media istifadəsi, AI köməkçisi ilə ünsiyyət və daha bir çox işi bu tək platformada edə biləcəklər. Bu xəyal əvvəllər əlçatmaz görünsə də, süni intellektin yüksəlişi bu ideyanı reallaşdırmağa daha yaxınlaşdırıb.
Elon Musk X tətbiqini super-tətbiqə çevirir
Twitter-ı X olaraq dəyişən Elon Musk, bu platformanı "hər şeyin tətbiqi"nə çevirmək yolunda ardıcıl addımlar atır. O, xAI tərəfindən hazırlanan Grok süni intellektini X üzərindən istifadəyə verdi. Bundan sonra videolar üçün yeni sistem quruldu və indi də Visa ilə əməkdaşlıq çərçivəsində pul köçürmə funksiyası hazırlanır.
Beləliklə, X platforması tədricən bir super-tətbiqə çevrilir və Musk rəqiblərini geridə qoymağa çalışır.
Sam Altman World platformasını böyüdür
Musk-la rəqabətdə olan Sam Altman da Tools for Humanity adlı şirkəti ilə World platformasını inkişaf etdirir. Worldcoin layihəsi ilə biometrik identifikasiya əsasında istifadəçilər platformaya daxil olur və bu sistem ABŞ bazarına daxil olmağa başlayıb.
Altmanın məqsədi, doğrulanmış insanlardan ibarət sosial şəbəkə yaratmaq və kripto dünyası ilə sosial medianı birləşdirməkdir. Artıq 26 milyon istifadəçi sistemə qoşulub, bunlardan 12 milyonu özlərini təsdiqləyiblər.
Biyometrik məlumatların toplanması narahatlıq yaradır
Worldcoin layihəsi ilə 12 milyon insanın biometrik məlumatı toplanıb, lakin bu məlumatların toplanma və istifadə qaydaları ciddi tənqidlərə səbəb olur. Kenyada və digər ölkələrdə insanlara müxtəlif təşviqlər və hədiyyələr təklif edərək onların gözlərini skan etdirməyə razı salındığı iddiaları var. Bu da etik qaydaların pozulduğuna işarə edir.
Apple, Meta və Google bu yarışdan geri qalmır
Bu döyüş yalnız Musk və Altman arasında deyil. Apple, Meta və Google da öz super-tətbiq layihələri üzərində işləyirlər. Meta AI artıq ayrıca tətbiq kimi istifadəyə verilib. Apple və Google isə rəqəmsal ödəniş sistemləri ilə bu sahədə üstünlük qazanıblar.
Bu platformalar, süni intellektlə birləşərək, dijital dünyanı yenidən formalaşdıracaq və texnologiya sektorunda böyük dəyişikliklərə səbəb olacaq.