MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 317

Nothing Phone 3-ün təqdimat tarixi açıqlandı – Amma böyük sürprizlə!

Nothing, yeni nəsil ağıllı telefonu Phone 3-ü 1 iyulda təqdim etməyə hazırlaşır. Bu modelin şirkətin indiyə qədərki ən güclü cihazı olacağı gözlənilir.

Phone 3-ə dair gerisayım artıq başlayıb. Şirkət rəsmi olaraq təqdimat tarixini 1 iyul olaraq açıqlayıb. İddialara görə, bu model Nothing-in indiyə qədər buraxdığı ən güclü telefon olacaq. Əsas diqqətçəkən detal isə odur ki, Nothing, bu modeldə Glyph işıq interfeysindən istifadə etməyəcək. Bu isə brendin dizayn konseptində radikal bir dəyişiklik etdiyinə və yeni bir dövrə keçidə hazırlaşdığına işarədir.

Qiymət mövzusunda isə əvvəlki modellərlə müqayisədə ciddi bir sıçrayış var. Məlumatlara görə, 12 GB RAM və 256 GB yaddaşlı versiya təxminən 799 dollara, 16 GB RAM və 512 GB yaddaşlı versiya isə 899 dollara satışa çıxacaq. Bu isə Nothing Phone 2 ilə müqayisədə təxminən ikiqat qiymət deməkdir.

Sızdırılmış görüntülərdəki iki teksturalı arxa panel, cihazın qara və ağ rəng variantlarında təqdim olunacağını göstərir. Texniki baxımdan isə Snapdragon 8 Elite və ya MediaTek Dimensity 9400 seriyası prosessorla təchiz ediləcəyi ehtimal olunur. Həmçinin, 5.000 mAh-dan böyük batareya və periskop obyektivli üçlü kamera sistemi ilə gələcəyi deyilir.

Təqdimat günü yaxınlaşdıqca, Nothing Phone 3-ə dair daha çox detalların üzə çıxması gözlənilir.