MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 246

Oppo K12s təqdim olundu!

Oppo K12s təqdim olundu: Giriş səviyyəsində 7000 mAh batareya, AMOLED ekran və Snapdragon 6 Gen 4!

Oppo, Çində satışa çıxardığı K12 seriyasına yeni model əlavə edib. Oppo K12s modeli, əlverişli qiymətinə baxmayaraq təqdim etdiyi imkanlarla diqqət çəkir. Xüsusilə 7000 mAh tutumlu güclü batareyası, 120 Hz-lik AMOLED ekranıSnapdragon 6 Gen 4 prosessoru ilə qiymət-performans nisbətində iddialıdır.

Yeni K12s modeli, son dövrlərdə bazarda görünən yüksək kapasitəli Çin telefonlarına güclü bir alternativdir. Cəmi 165 dollar başlanğıc qiyməti ilə satışa çıxan telefon, gündəlik istifadə üçün ideal seçimlərdən biri olaraq qiymətləndirilir.

Arxa tərəfdə 50 MP əsas kamera və 2 MP dərinlik sensoru, ön tərəfdə isə 16 MP selfie kamerası yer alır. Bundan əlavə, ekranaltı barmaq izi oxuyucu, stereo dinamiklər, 80W sürətli şarj və IP65 suya və toza davamlılıq kimi xüsusiyyətlər də bu modeli cazibədar edir.

Oppo K12s Qiymetleri

Telefon Android 15 əsaslı ColorOS 15 əməliyyat sistemi ilə gəlir. Qiymət aralığı isə belədir:

  • 8GB/128GB – 165$
  • 8GB/256GB – 190$
  • 12GB/256GB – 220$
  • 12GB/512GB – 245$

Oppo K12s Xususiyyetleri

Texniki göstəricilər:

  • Ekran: 6.67 düym, AMOLED, 1080 x 2400 piksel, 120Hz, 1200 nit parlaqlıq
  • Prosessor: Snapdragon 6 Gen 4
  • RAM: 8GB / 12GB
  • Yaddaş: 128GB / 256GB / 512GB, UFS 3.1
  • Arxa kamera: 50 MP + 2 MP
  • Ön kamera: 16 MP
  • Batareya: 7000 mAh, 80W sürətli şarj
  • Əlaqə: 5G, WiFi 6, Bluetooth 5.2, NFC
  • Əlavə: IP65, stereo dinamiklər, barmaq izi skaneri

Texnologiyadan xəbərdar olmaq üçün Telsat Xəbərləri izləməyi unutmayın.