MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 191

Qatlanan iPhone ekran altı kamera texnologiyası ilə gələ bilər!

Apple-ın illərdir gözlənilən qatlanabilən iPhone modeli ilə bağlı yeni detallar ortaya çıxmağa başlayıb. Son iddialara əsasən, Apple-ın yeni nəsil qatlanan iPhone-u ekran altı kamera texnologiyası ilə təchiz oluna bilər.

Mənbələrin bildirdiyinə görə, qatlanan iPhone modeli 7.76 düym ölçüsündə, 2712 x 1920 piksel çözünürlüklü daxili ekranla gələcək və ekran-altı kamera texnologiyası olacaq. Xarici ekran isə 5.49 düym olacaq və 2088 x 1422 piksel çözünürlük təqdim edəcək, üstəlik üzərində klassik kamera dəliyi olacaq.

Qatlanabilən iPhone ilə əlaqədar yeni iddialar

Məşhur sızıntı mənbəyi Digital Chat Station və tanınmış analitik Ming-Chi Kuo da bu iddiaları dəstəkləyir. Onların məlumatına görə, iPhone Fold modeli 4:3 formatında olacaq və daxili ekranın üzərində qat izləri olmayacaq. Bu isə Apple-ın dizayn baxımından daha təmiz və estetik bir görüntüyə üstünlük verəcəyini göstərir.

Qeyd edək ki, Apple ilk dəfə 2021-ci ildə ekran altı kamera texnologiyası üçün patent almış və 2023-cü ildə bu texnologiya üzərində çalışdığı barədə hesabatlar yayılmışdı. Hal-hazırda bu texnologiya kamera keyfiyyəti səbəbindən geniş yayılmasa da, Samsung kimi bəzi istehsalçılar onu tam ekran təcrübəsi təqdim etdiyi üçün seçirlər.

Əgər bu iddialar doğrudursa, Apple bu texnologiyanı kamera baxımından hansı səviyyəyə çatdırdığı ilə fərqlənə bilər.

Bəzi məlumatlara görə, Apple yeni modeldə FaceID-dən imtina edə bilər. Bu isə o deməkdir ki, şirkət ya güç düyməsinə inteqrasiya edilmiş barmaq izi oxuyucuya, ya da ekran altı sensor texnologiyasına keçid edə bilər.

Dizayn baxımından isə Apple, Samsung-un Fold seriyasındakı uzun formadan fərqli olaraq Oppo Find N2 modelinə bənzər daha kompakt və qısa form faktorunu seçə bilər. Bu da cihazın bir əllə istifadəsini daha rahat edəcək.

Qatlanabilir iPhone-un 2026-cı ilin sonuna doğru təqdim olunacağı və 2000 dollardan yuxarı qiymətə satışa çıxarılacağı gözlənilir. Lakin təqdimata hələ kifayət qədər zaman qalır, bu səbəbdən də Apple fərqli prototiplər üzərində işləyir və bütün bu xüsusiyyətlər son məhsulda yer almaya bilər.