- 299
Redmi Watch Move ayın sonunda satışa çıxır
Xiaomi şirkəti bu ayın sonunda Redmi Watch Move adlı yeni ağıllı saatını təqdim etməyə hazırlaşır. Yeni model parlaq AMOLED ekran, dəqiq sağlamlıq göstəricilərinin izlənməsi, uzunmüddətli batareya ömrü kimi xüsusiyyətlərlə istifadəçilərin diqqətini cəlb edəcək.
Redmi Watch Move hansı yeniliklərlə gəlir?
Hələlik texniki göstəriciləri tam açıqlanmasa da, bu modelin seqmentində ən parlaq AMOLED ekrana sahib olacağı vurğulanır. Xiaomi-nin açıqlamasına görə, sağlamlıq dəyərlərini 98.5% dəqiqliklə izləyə biləcək bu saat 14 günə qədər istifadə imkanı təqdim edir.
İstifadəçilərə daha rahat təcrübə təqdim etmək üçün saatda funksional taç düyməsi də yer alacaq. Eyni zamanda, Bluetooth zəng xüsusiyyəti dəstəkləyəcəyi ehtimal edilir. Redmi Watch Move, Xiaomi-nin HyperOS əməliyyat sistemi ilə çalışan ilk ağıllı saat modellərindən biri olacaq.
Qiymətinə görə əlçatan seqmentdə yer almasına baxmayaraq, bu cihaz premium səviyyəli xüsusiyyətlərlə təchiz edilib. Redmi Watch Move 21 Aprel tarixində rəsmi olaraq satışa çıxacaq.
Texnologiyadan xəbərdar olmaq üçün Telsat Xəbərləri izləməyi unutmayın.