- 161
Xiaomi 17 Seriyası Bu Ay Təqdim Olunur!
Xiaomi bu dəfə 16 seriyasını buraxaraq birbaşa 17 seriyasını təqdim edəcəyini açıqlayıb. Şirkət bu addımı ilə Apple iPhone 17 seriyası ilə rəqabətə girməyi hədəfləyir.
Şirkətin prezidenti Lu Weibing, Weibo paylaşımında bildirib ki, Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max modelləri rəsmi olaraq bu ay təqdim ediləcək.
Yeni seriyanın ən böyük yeniliyi onun ilk dəfə Snapdragon 8 Elite Gen 5 SoC ilə gəlməsi olacaq. Üstəlik, əsas modelin qiyməti artırılmadan təkmilləşdirilmiş funksiyalar təqdim edəcəyi vurğulanır. Qeyd edək ki, Xiaomi 15 Çində CNY 4,499 ($630) başlanğıc qiymətlə satışa çıxmışdı.
Xiaomi 17 Pro “ən güclü kompakt kamera flaqmanı” adlandırılır, Xiaomi 17 Pro Max isə şirkətin “ən güclü flaqmanı” olacaq.
Sızmalara görə, Xiaomi 17 Pro Max arxa tərəfdə əlavə ekranla gələ bilər. Digər tərəfdən, Xiaomi 17 modelində 6.3 düymlük LTPO OLED ekran, 1.5K çözünürlük, 120Hz yeniləmə tezliyi, 7,000mAh batareya və ekranaltı ultrasəs barmaq izi sensoru gözlənilir.