MAIL.TELSAT.AZ - Elan yerləşdir
  • 349

iPhone 17 Air-ın rəngləri sızdırıldı

iPhone 17 Air-ın rəngləri sızdırıldı – yeni model daha incə və yüngül gəlir

iPhone 17 Air modelinin 4 yeni rəngdə təqdim olunacağı deyilir. Yeni iPhone 17 Air rengleri: qara, gümüşü, açıq qızılı və çox açıq mavi. Sızdırılan məlumatlara görə, açıq mavi rəng o qədər solğun olacaq ki, bəzi işıq bucaqlarında demək olar ağ kimi görünəcək.

Eyni tendensiya açıq qızılı variantda da davam edir – burada da tonlar çox neytral və diqqət çəkməyən şəkildə hazırlanıb. Apple bu modeldə əsas diqqəti naziklik və yüngüllük üzərində qurur və görünür ki, rənglərin parlaq olması bu yanaşmaya zidd gedə bilər.

Yeni sızmalara görə, iPhone 17 Air A19 Pro çipi ilə təchiz ediləcək – amma iPhone 17 Pro və Pro Max modellərindəki versiyadan bir qədər zəif olacaq. Buna baxmayaraq, iPhone 16 Plus ilə müqayisədə bu ciddi bir irəliləyişdir. Unutmayaq ki, iPhone 17 Air məhz iPhone 16 Plus-un yerini alacaq. Həmçinin Pro modelləri ilə eyni RAM miqdarına sahib olacaq.

Təəssüf ki, ən zəif cəhətləri batareya tutumunun az olması və arxa kameranın yalnız bir ədəd olmasıdır. Lakin cihazın yalnız 5.5mm–5.65mm qalınlıqda və cəmi 145 qram çəkiyə malik olması bir çox istifadəçini bu çatışmazlıqlara göz yummaya vadar edə bilər.